XƏBƏRLƏR / Siyasət

NATO baş katibinin nümayəndəsi Bakıda səfərdədir

Xavyer Kolomina XİN rəhbəri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb

NATO baş katibinin nümayəndəsi Bakıda səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Twitter hesabında Azərbaycana səfəri barədə yazıb:

    "Bakıda xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə xoş görüşlər. Biz son danışıqlardan sonra NATO-Azərbaycan ikitərəfli əməkdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyində rolu və sülh prosesinin vəziyyətini müzakirə etdik. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır".