NATO da Putinin sülh şərtlərinə cavab verdi
Baş katib Stoltenberq hesab edir ki, qoşunları Ukrayna deyil, Rusiya çıxarmalıdır

NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin atəşkəs üçün Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın yeni bölgələrindən çıxarılması ilə bağlı irəli sürdüyü şərt “Rusiyanın hərbi məqsədlərinə nail olmaq” olacaq.
Baş katib Yens Stoltenberq bu fikri NATO müdafiə nazirlərinin iclasının yekununda keçirilən yekun mətbuat konfransında səsləndirib.
“Bu təklif o demək olardı ki, Rusiya hərbi məqsədlərinə nail ola bilər, çünki ukraynalılar Rusiyanın onsuz da işğal etdiyi ərazilərdən daha çox ərazini verməli olacaqlar.
Stoltenberq hesab edir ki, qoşunları Ukrayna deyil, Rusiya çıxarmalıdır.