Nazirlik güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət etdi
FHN məlumat yayıb
Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bu barədə hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciətində qeyd olunub.
Nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - deyə məlumatda qeyd olunub.