BLOQ

Neft 100 dollar olarsa, qlobal resessiya riski artacaq

Bu nəticəyə "Fitch" reytinq agentliyi gəlib

Neft 100 dollar olarsa, qlobal resessiya riski artacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı il üzrə neftin orta qiymət proqnozunu 7 dollar artırıb.

    Məlumata görə, Brent markalı neftin orta illik qiyməti üzrə proqnoz 63 ABŞ dollarından 70 ABŞ dollarına yüksəldilib.

    Agentlik qeyd edir ki, hazırkı baza ssenarisində bu artım qlobal iqtisadi proqnozlara ciddi təsir göstərmir. Lakin alternativ ssenaridə risklər daha yüksək qiymətləndirilir. Belə ki, neft qiymətlərinin 100 ABŞ dollarına yüksəlməsi və bu səviyyədə qalması qlobal iqtisadiyyat üçün ciddi təklif şoku yarada bilər. Bu halda qlobal ÜDM-in illik təxminən 0,4% azalacağı proqnozlaşdırılır.

    "Fitch Ratings"in baş iqtisadçısı Brian Coulton bildirib ki, neft qiymətlərində artımın qısamüddətli olması halında qlobal iqtisadi artım sabit qalacaq, lakin qiymətlərin yüksək səviyyədə qalması mənfi təsirləri gücləndirəcək.

    Qeyd edək ki, neft qiymətlərinin yüksəlməsi enerji xərclərini artırmaqla yanaşı, inflyasiya təzyiqlərini gücləndirir və iqtisadi aktivliyi zəiflədə bilər. "Fitch Ratings" qlobal iqtisadi artımın ötən ilki 2,7%-dən 2026-cı ildə 2,6%-ə enəcəyini proqnozlaşdırıb.