XƏBƏRLƏR / Hadisə

Neftçalada avtomobil qəzasında ailənin 1 üzvü ölüb

Hadisə Aşağı Surra kəndində baş verib

Neftçalada avtomobil qəzasında ailənin 1 üzvü ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Neftçala rayonu ərazisində 1 nəfərin ölümü, 3-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə Salyan-Neftçala avtomobil yolunun Neftçalanın Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Nəqliyyat vasitələrinin toqquşması nəticəsində Murad Sabir oğlu Ələkbərov ölüb, Sabir Cabbar oğlu Ələkbərov, Nuranə Sübhan qızı Ələkbərova və Samir Sabir oğlu Ələkbərov isə yaralanıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, qəza zamanı ölən və yaralananlar bir ailənin üzvləridirlər.