XƏBƏRLƏR / Kriminal

Nərimanov rayonunda 51 yaşlı kişi qətlə yetirilib

DİN xəbər verir

Nərimanov rayonunda 51 yaşlı kişi qətlə yetirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.