Niderlanddakı səfirimiz "Paris-2024"ə münasibət bildirdi
"Pyer de Kubertenin xəyalı idi ki, onun idman siyasəti münaqişələri susdursun"
Fransa milli televiziyası müasir oyunların banisi Pyer de Kubertenin (1863-1937) çağırışını eşitməmiş kimi görünür.
Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev paylaşım edib.
"Pyer de Kubertenin xəyalı idi ki, onun idman siyasəti münaqişələri susdursun, Olimpiya məşəli parlasın. Lakin Fransa milli televiziyası müasir oyunların banisinin çağırışını eşitməmiş kimi görünür", - o bildirib.
Qeyd edək ki, Pyer de Kuberten Beynəlxalq Olimpiya Komitəsinin banisidir və müasir Olimpiya Oyunlarının atası sayılır.