Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlanılıb
Abidəyə dəyən ziyanın məbləği müəyyən olunur
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.
Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B.-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
1 dəqiqədən az