XƏBƏRLƏR / Hava

Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

    Dekabrın 27-si axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 29-u səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.