Növbəti ildə 20 minə yaxın insan Qarabağa qayıdacaq
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib
Növbəti ildə 20 minə yaxın insanın Qarabağa qayıtması planlaşdırılır.
Keçmiş məcburi köçkünlərin əksəriyyətinin ixtisası olmadığından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hesab edir ki, onların işlə təmin olunması ilə bağlı hələ çox iş görülməlidir.
Əhali üçün peşə hazırlığı proqramları hazırlanıb - hər il ən azı 3 min vətəndaşa yeni peşə vərdişləri öyrədiləcək, - deyə o, DOST TV-də bildirib.