BLOQ

Nyu-Yorkda Paşinyanın başına gəlməyən olay

Putinlə Kazanda görüş ərəfəsində Baydenin Paşinyanın başına dostcasına sığal çəkməyi çox vacib idi

Nyu-Yorkda Paşinyanın başına gəlməyən olay
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Ermənistanın baş naziri Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çoxsaylı görüşlər keçirərək İrəvana qayıdıb. Paşinyan Baş Assambleyanın özündə, "Gələcək Sammiti" forumunda çıxış edib, hətta Ərdoğandan kitab alıb...

    Lakin mərkəzi hadisə baş vermədi - Paşinyan ABŞ Prezidenti Baydenlə görüşməyib. Vitse-prezident, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Harrislə də görüş olmayıb. İkinci məsələ aydındır, dünyada hamı prezidentliyə ikinci namizədi qıcıqlandırmaq istəmir, bəlkə Tramp yenə də qalib gələ bildi?! Paşinyan isə Zelenski deyil ki, hər iki namizədlə görüşsün...

    Amma Baydenlə Paşinyan görüşməyə borclu idi. Axı bu yaxınlarda ABŞ-la Ermənistan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyi açıqlandı. Ermənistana siyasi, maliyyə və hərbi yardım üçün “açıq çek” verilib...

    Bəli, Bayden gedən prezidentdir, belə bir görüşdən onun itirəcəyi heç nə yox idi...

    Ancaq görüş baş tutmadı!

    Gəlin, niyəsini başa düşməyə çalışaq.

    Məsələ seçkilərdə və ABŞ-dakı erməni diasporundadır. Artıq kanaldakı mətnlərdə qeyd edildiyi kimi, ABŞ-da bu dövrdə hər şey, tamamilə hər şey seçki kampaniyasına tabedir. Dövlət maşınının bütün fəaliyyətinin əsas süzgəci bütün təbəqələrdən olan seçicilərin dəstəyini qazanmaq istəyinə tabedir. Və əgər bu, rüşvətxor konqresmenlər və senatorlarla güclü lobbi qrupları olan bir etnik qrupdursa, bu etnik qrupun hər bir gözləntisi daha vacib mahiyyət daşıyır.

    ABŞ-dakı erməni diasporu müxtəlifdir, geniş fəal şəbəkəsi olan iki böyük təşkilat gözə çarpır ki, onlardan da ən güclüsü, daşnaklar tör-töküntüsü olan ANCA-dır.  Bu radikallar Paşinyana nifrət etsələr də, Ermənistanın müdafiəsinə qalxırlar. ANCA Ermənistanın ABŞ-dakı səfiri, Paşinyanın keçmiş ingilis dili müəllimi Lilit Makuntz ilə görüşmür. Məhz bu strukturlara Ermənistanın Müstəqillik Günü münasibətilə vitse-prezident və ABŞ prezidentliyinə namizəd Harrisdən məktub göndərilib və o, qeyd edib ki, “regionda sabitliyin əsas şərti ermənilərin Qarabağa ləyaqətlə qayıtmasıdır”.

    ANCA kimi radikallar üçün Paşinyana dəstək verməklə Ermənistana dəstək olmağ arasında fərq var. Onlar ABŞ-ın Ermənistana dəstəyinin tərəfdarıdırlar, amma Paşinyana dəstəyin əleyhinədirlər. Bayden administrasiyası fərqli fikirdədir: Ermənistana dəstək Paşinyana görə verilir...

    Amerikasayaq demokratiya Paşinyanla qəddar zarafat etdi, çünki Baydenlə görüş, ən azı bir kənarda fotoşəkil, çiyninə dostcasına sığal çəkmək daxili siyasi kontekstdə, xüsusən də ayın sonunda Kazanda Putinlə görüş ərəfəsində çox faydalı olardı. Paşinyan ABŞ-a səfərindən əvvəl hətta KTMT-ni Ermənistanın təhlükəsizliyinə təhdid adlandırmışdı... Amma bu çür təxribatçı bəyanat belə ABŞ Prezidentinin qəbuluna düşmək üçün kifayət etmədi...

    Bu, Paşinyana xəbərdarlıqdır ki, ABŞ-da daxili siyasi tendensiyalar xarici siyasətdən daha önəmlidir və lazım gələrsə, Paşinyanı qulaqardına vurmaq olar... Amma o, bunu başa düşəcəkmi?! Hələ ki, o, Samanta Pauerlə görüşlə, 20 milyon əlavə yardımla və Ərdoğanın kitabı ilə kifayətlənməyə məcburdur...