XƏBƏRLƏR / Münaqişə

XİN: İran və İsraildəki Azərbaycan vətəndaşlarına müraciət

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib

XİN: İran və İsraildəki Azərbaycan vətəndaşlarına müraciət
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Xarici İşlər nazirliyi Azərbaycan vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

    Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bu barədə məlumat verilib.

    Bildirilib ki, vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

    Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

    tehran@mission.mfa.gov.az

    +98 905 523 01 07

    +98 901 884 55 31

    Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

    tabriz@mission.mfa.gov.az

    +98 901 414 31 57

    +98 935 317 21 01

    ***

    İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq.

    Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

    “Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

    Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Əlaqə vasitələri: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi telaviv@mission.mfa.gov.az +972 54 539 77 88”, - müraciətdə deyilir.