XƏBƏRLƏR / Kriminal

Oğuzda 13 kiloqram narkotik aşkarlanıb

DİN xəbər verir

Oğuzda 13 kiloqram narkotik aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oğuz rayonunda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 13 kiloqramdan artıq narkotik aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb.

    Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.