BLOQ

Ölkədə keçirilməli olan bələdiyə seçkisi niyə elan olunmur?

Belə qənaətə gəlmək olar ki, növbəti bələdiyyə seçkiləri 2025-ci ilə təxirə salınıb

Ölkədə keçirilməli olan bələdiyə seçkisi niyə elan olunmur?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.

    Ölkə Seçki Məcəlləsinin 8-ci maddəsinə əsasən, seçkilərin təyin edilməsi haqqında qərar səsvermə gününə ən geci 60 gün qalmış rəsmən dərc edilməlidir.

    Seçki Məcəlləsinin 213-cü maddəsinə əsasən, bələdiyyə seçkilərinin tarixi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən edilir.

    Lakin MSK-dan "Report"a bildirilib ki, komissiyanın iclası bu günə təyin edilməyib.

    Məcəllənin 8-ci maddəsinin tələbini və 2024-cü ilin sonuna 60 təqvim gününün qalmasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilə keçirilib.

    Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri indiyədək 5 ildən bir - dekabrın 23-də keçirilirdi. Onlar sonuncu dəfə 2019-cu ildə baş tutub.