Ölsəm, bağışlayın ki, sizinlə bir az da qala bilmədim...
Görkəmli rejissor Rasim Ocaqovun vəfatından 16 il ötür...
Rasim Ocaqov – Azərbaycan kinorejissoru və yerli müəllif kinosunun klassikidir desək, bizcə, yanılmarıq. Onun diqqət mərkəzində daim ekzistensializm fəlsəfəsi baxımından müasir cəmiyyətin problemləri, insanın dəyəri, mənəvi tənhalığı və emosional böhranıdururdu.
Bir çox əsərində Maestro cəmiyyətimizin bu problemlərinə toxunur və insanı yaşayarkən artıq ölmüş kimi nümayiş etdirir, cənnətini, ya da cəhənnəmini ona elə mövcud həyatda yaşadır. Bütün bəşəriyyətin sivilizasiyasının mənəvi boşluğunu nümayiş etdirir. Bu səbəbdən, şəxsən mən Rasim müəllimi Azərbaycanlı yox, bəşəri rejissor hesab edirəm.
Onun filmlərində obyektlərin və reallığın mücərrədliyi, üzə vuran gün işığının bolluğu, qeyri-müəyyən fokus və bütün filmboyu kamera ilə təfəkkür oyunları qəbul olunmuş paradiqmanın dəyişməsindən bəhs edirdi.
Ocaqov aktyorların əhəmiyyəti, onların xarakteri və tamaşaçılar arasında üçbucaqlı münasibət qurdu. Məncə, elə bu səbəbdən Rasim müəllim dözülməz uzun planlar içində yaşayaraq, sual verən və cavab alan aktyorun reaksiyalarını səbirli şəkildə gözləməklə onun xarakterində olan ziddiyyətlərin səbəblərini araşdırdı. Bu mənada, Rasim Ocaqovun məhz Fəxrəddin Manafov fenomenini aşkarlaması, onun filmlərinə əlavə emosional atmosfer və meyillər gətirdi. Ümumiyyətlə, bu cütlüyün dünya kinematoqrafiyasına böyük dəyər gətirdiklərini desəm, heç də yanılmaram! Rasim müəllimin özünün Fəxrəddin Manafova olan münasibəti aktyora olan münasibətindən qat-qat artıq idi. Bir oğul, dost, əziz münasibəti idi bu. Bu münasibətin istisini Ocaqovun digər aktyorları da hiss edirdilər və bu səbəbdən, onun filmlərində müəyyən olmayan mistika, insanlıq və boşluq arasında vasitəçilik axtarışı özünü aydın büruzə verir. Rejissor ətrafına yığdığı aktyorlarla öz kainatlarını yaratmağı xoşlayırdı. Başqalarını təsvir etmək əvəzinə, o, tez-tez şəxsi hisslərini ölçmək üçün səhnə məkanından istifadə edərək, məsafə və yaxınlığın qarşılıqlı təsiri ilə özünü təsvir edirdi. Onlar onun müdafiəçiləri idilər. Ona görə də aktyorlarından danışmadan Ocaqov haqqında danışmaq olmaz.
“Ölsəm bağışla” əsəri ölümün qayalı sahildə dayanması və səlib yürüşlərindən təzəcə qayıdan cəngavər Yusiflə qarşılaşması ilə başlayır. Onun şikəst, yaralı sifəti və ölümünə daim qara köynək geyinərək, 35 millimetrlik lent üzərində ən yaddaqalan təsvirlərdən birini yaradır.
Ölümdən heç kim qaça bilməz və heç kim bunu Rasim Ocaqov kimi belə bədii təsvir edə bilməz.
Bu səbəbdən, Balans Rəqəmsal Bərpa Studiyası məhz Rasim Ocaqovun ölüm gününə həsr olaraq “Ölsəm bağışla” əsərini bərpa etdi.