BLOQ

Ermənistan Respublikası ilə sərhəd tamamilə bağlanmalıdır

Münaqişənin yeni mərhələsinə qədəm qoyduq, bu dövlətimizə qarşı terror müharibəsidir

Ermənistan Respublikası ilə sərhəd tamamilə bağlanmalıdır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bir çoxları kimi mən də erməni ekspertlərin Laçın yolunda baş vermiş hərbi toqquşmanı təhlil etdiyi, nəticədə düşmənin üç terrorçusunun məhv edildiyi, iki hərbçimizin isə şəhid olduğu videoya baxdım.

    Beləliklə, diqqətdən kənarda qalanlar haqqında:
    - sayı 10 nəfərə qədər olan hərbçilərimiz və UAZ-dakı üç sərnişini ilə yanaşı, hələ də naməlum sayda erməni terrorçuları var idi ki, onlara sonradan zirehli transportyorlarla gələn RSK hərbçiləri də qoşuldular;
    - UAZ markalı avtomobili saxlayıb yoxlamaq istəyərkən ondan atəş açılıb, bundan sonra Azərbaycan hərbçiləri cavab atəşi ilə düşməni məhv ediblər;
    - sonra əvvəlcədən hazırlanmış mövqelərdən (dağın əks yamacı) erməni tərəfi hərbçilərimizə atəş açıb, onları itki verərək geri çəkilməyə məcbur edib.
    - daha sonra UAZ-a Rusiya RSK zirehli maşın yaxınlaşır, bundan sonra hər iki tərəfdən atəş dayandırıldı və ölənlərin cəsədlərinin təxliyəsi mümkün oldu.

    Cavabsız qalan suallar:
    - UAZ-da bu qədər vacib nə ola bilərdi ki, "onu" avtomatla silahlanmış üç zabit müşayiət etsin?
    - niyə məhz bu UAZ-ın yoxlanılması bizim üçün bu qədər vacib idi ki, digər avtomobilləri buraxaraq hərbçilərimiz məhz onu dayandırmağa çalışdılar;
    - ermənilər hərbçilərimizin yolda olacağı yeri dəqiq bilə-bilə nə üçün və hansı məlumat əsasında öz terrorçularını qabaqcadan yerləşdiriblər ki, onlar bizim itkilərimizə səbəb olublar?
    - UAZ haqqında bizə məlumat verən mənbə kimdir?
    - ermənilər üçün gözlənilən hərəkətlərimizin təfərrüatları barədə məlumat mənbəyi kimdir?
    - Nə üçün əməliyyatı planlaşdırarkən pusquya düşmə ehtimalını nəzərə almadıq?
    - Nə üçün bizim ərazimizdə terrorçuların fəaliyyət göstərə və bu səviyyəli əməliyyatlar apara biləcəyi təxribat və terror mərkəzlərinin fəaliyyəti davam edir?

    Və əsas sual budur ki, yuxarıdakıları nəzərə alaraq nə etməliyik?
    Birinci və əsas nəticə ondan ibarətdir ki, biz Ermənistanla münaqişənin yeni mərhələsinə qədəm qoyduq, bunu dövlətimizə qarşı terror müharibəsi mərhələsi adlandırmaq olar.
    Bizim strategiyamızın əsas elementi dövlət sərhədinin bütün uzunluğu boyunca Ermənistan Respublikası ilə sərhədin tamamilə bağlanması, o cümlədən RSK-nin maddi-texniki təchizatının yalnız Azərbaycan ərazisindən keçirilməsi olmalıdır.