Ötən il 6 adda yeni müdafiə təyinatlı məmulatlar yaradılıb
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda deyilir
Ötən il Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən 47 mövzu üzrə təcrübi-konstruktor işləri aparılmış, 6 adda müdafiə təyinatlı məmulatların yaradılması üzrə işlər başa çatdırılmış, qəbula tövsiyə edilmişdir.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda deyilir.
Ötən il müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində 13 mövzu üzrə təkmilləşdirmə işləri, 11 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilmişdir.