XƏBƏRLƏR / Dünya

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İrana gedib

Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş verir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İrana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

    Mirziyoyev bu gün İranın paytaxtında Prezident İbrahim Rəisi və İranın Ali Ruhani Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşəcək.

    Qarşıdan gələn yüksək səviyyəli danışıqlar zamanı Özbəkistan-İran çoxşaxəli münasibətlərinin və prioritet sahələrdə praktiki əməkdaşlığın gələcək inkişafının aktual məsələləri nəzərdən keçiriləcək. Regional gündəliyə dair fikir mübadiləsi aparılacaq.