XƏBƏRLƏR / Dünya

Fransada hicablı qadınların bazara girişi qadağan edilibmiş

Bu qərara görə verilən cəza açıqlanıb

Fransada hicablı qadınların bazara girişi qadağan edilibmiş
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransa İslam Şurası (CFCM) tərəfindən edilən yazılı açıqlamaya görə, Nimes məhkəməsi 2020-ci ilin oktyabr ayında şəhərdəki bazarın girişinə hicablı qadınların içəriyə buraxmasını qadağan edən plakat asan market müdirini cərimələyib.

    Bunu Türkiyənin "Star" qəzeti yazıb.

    Məhkəmə bazar müdirini 3 ay şərti həbs cəzasına məhkum edib, həmçinin 5 il siyasi qadağa tətbiq edib.

    İşin mülki tərəfləri arasında CFCM və İrqçilik və Antisemitizmə Qarşı Beynəlxalq Liqa (LICRA) da olub.

    Məhkəmə, həmçinin bazar menecerinə təzminat kimi CFCM və LICRA-ya nominal haqq ödəməyi əmr edib.

    CFCM bildirib ki, məhkəmə bu qərarla “Fransa cəmiyyətində nifrət və ayrı-seçkiliyin yeri olmadığını xatırladır”.

    Fransada yerli və regional radio stansiyaları şəbəkəsi olan "France Bleu"nun 2020-ci ildə verdiyi xəbərə görə, sözügedən bazar müdiri iş yerinin girişində “Bu gündən etibarən hicablı hər kəsin bu bazara girməsi qadağandır" plakatını asıbmış.