XƏBƏRLƏR / Müttəfiq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana gəlib

Ş.Mirziyoyevi hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qarşılayıb FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

    Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.