XƏBƏRLƏR / Müttəfiq

Pakistan Ermənistanla bağlı siyasətini Bakısız dəyişməyəcək

Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddin jurnalistlərə deyib

Pakistan Ermənistanla bağlı siyasətini Bakısız dəyişməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın ölkəmizdəki səfiri Qasım Mohuiddin "Vaşinqton Deklarasiyasından sonra İslamabad Ermənistanı tanıyacaqmı?" sualına belə cavab verib:

    "Pakistan Azərbaycanla əvvəlcədən məsləhətləşmədən Ermənistanla bağlı siyasətini dəyişmək niyyətində deyil.

    Pakistan Azərbaycan ərazilərini qanunsuz işğal etdiyinə görə hələ də Ermənistanı müstəqil dövlət kimi tanımayıb.

    Bu, qardaş Azərbaycana olan sevginin, hörmətin, həmrəyliyin təzahürüdür. Artıq üç onillikdir ki, biz bu siyasəti davam etdiririk, dəyişikliklər yalnız Azərbaycandakı dostlarımızla məsləhətləşdikdən sonra mümkündür".