XƏBƏRLƏR / Hadisə

Özbəkistanda güclü partlayış: 6 ölü, 5 yaralı

Yanğın bir saat ərzində söndürülüb

Özbəkistanda güclü partlayış: 6 ölü, 5 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistanın Kaşkadərya vilayətində maye qaz doldurma məntəqəsində partlayış nəticəsində altı nəfər həlak olub, beş nəfər yaralanıb.

    Qarşı rayonundakı yanacaqdoldurma məntəqəsində 8 iyun saat 13:50-də partlayış baş verib. Yanğın bir saat ərzində söndürülüb. Dörd nəqliyyat vasitəsi (iki avtomobil və iki yanacaqdoldurma tankeri) və iki yeraltı saxlama çəni zədələnib.

    Altı nəfər həlak olub, beş nəfər xəstəxanaya yerləşdirilib.

    Baş nazirin müavini Açılbəy Ramatovun rəhbərlik etdiyi hökumət komissiyası yaradılıb. Komissiya faciənin səbəblərini araşdıracaq, zərərçəkənlərə kömək edəcək və gələcəkdə oxşar fövqəladə halların qarşısını alacaq.