XƏBƏRLƏR / Hadisə

Pakistanda qaz partlayışı nəticəsində bina çöküb: 16 ölü

"Pakistan Today" xəbər verir ki, ölən və yaralananların əksəriyyəti uşaq və qadınlardır

Pakistanda qaz partlayışı nəticəsində bina çöküb: 16 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Kəraçi şəhərində mənzildə qaz balonunun partlaması nəticəsində bina çöküb, azı 16 nəfər ölüb.

    “Pakistan Today” xəbər verir ki, ilkin məlumata görə, partlayış şəhərin şərq hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

    Ölənlər arasında 8 azyaşlı, 4 qadın və 4 kişi var.

    14 nəfərin isə yaralandığı bildirilir. Yaralılardan yeddisi azyaşlıdır.

    Axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal edilir.