XƏBƏRLƏR / Hadisə

Pakistanda yük avtomobili körpüdən aşıb: 14 ölü

Yük avtomobili sərnişin daşıyırmış

Pakistanda yük avtomobili körpüdən aşıb: 14 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Pəncab əyalətində sərnişin daşıyan yük avtomobilinin duman səbəbindən körpüdən aşması nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 14 nəfər həlak olub.

    Pakistan mediası xəbər verir ki, hadisə gecə saat 2 radələrində əyalətin Sarqodha rayonundakı Qalapur Bangla körpüsündə baş verib.

    Pəncab xilasetmə qurumunun məlumatına görə, bədbəxt hadisə baş verən zaman yük maşını İslamabaddan Faysalabada dəfn mərasimi üçün gedirmiş. Avtomobildə 23 sərnişin olub.

    Hadisə nəticəsində bir neçə nəfər də xəsarət alıb. Onlar yaxınlıqdakı tibb mərkəzlərinə yerləşdirilib.