Pakistanın keçmiş XİN rəhbəri həbs olundu
Qureşi İmran Xanın həbsindən sonra saxlanılan dördüncü yüksək nüfuzlu partiya lideridir
Pakistanın keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi ölkədə keçirilən etiraz aksiyalarını qızışdırmaq və təşkil etməkdə ittiham olunaraq saxlanılıb.
Qureşi 15 sutka həbs edilib. Mayın 10-da onun Ədalət Uğrunda Hərəkat partiyasındakı həmkarı Əsəd Ömər də həbs olunub.
Xatırladaq ki, İmran Xan 2022-ci il aprelin 10-da etimadsızlıq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılıb. Ötən gün sabiq Baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Onun rüşvət və terrorçuluqda ittiham olunduğu deyilir. İmran Xanının həbsindən sonra ölkəni etiraz aksiyaları bürüyüb.