XƏBƏRLƏR / Hərbi

Papikyan fransalı həmkarı ilə görüşdü FOTO

Ermənistan və Fransanın müdafiə nazirləri hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar

Papikyan fransalı həmkarı ilə görüşdü FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:16

    Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastian Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

    Bu, Lekornunun İrəvana səfəri çərçivəsində baş tutub.

    Digər müqavilə isə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb. Detallar açıqlanmayıb.

    ***

    Ermənistanın müdafiə naziri Suren Papikyan dünən ölkəyə rəsmi səfərə gəlmiş fransalı həmkarı Sebastian Lekornu ilə görüşüb.

    Ermənistan mətbuatı xəbər verir ki, qonağın şərəfinə fəxri qarovul düzülüb.

    Hərbi orkestr və Ermənistan və Fransanın himnlərini səsləndirib.