Dünənlərdə Ermənistan mass-mediası üstüörtülü bir xəbəri tirajladı ki, bəs "Ermənistan 0Fransa ilə Hindistanın xüsusi fəallığı ilə seçilən Dünya günəş enerjisi müqaviləsinə qoşulub".
İndiyədək 108 ölkənin imzaladığı bu sənəd nooldu, niyə bu qədər əhəmiyyət qazandı İrəvanın gözündə? Özü də məhz indi - Azərbaycanla münasibətlər əcəl-mayallaq zirvəsinə çıxanda?
Niyə bu xəbəri indi - Fransa ilə Hindistanın İrəvanla hərbi əməkdaşlığı gücləndirdiyi bir vaxt gündəmə gətirdilər?
Xatırladıram: Fransa ilə Hindistan çoxdan atom sənayesini birgə inkişaf etdirirlər. Paris Hindistanın Maharaştre ştatında Atom Elektrik Stansiyası tikir. Hindistanın elm və texnolgiyalar naziri Jitendra Sinqxin Parisin “Frankofoniya” layihəsi çərçivəsində Xrisula Zaxarpulu ilə görüşü ardıcıl olaraq. Qərarlaşıblar ki, atom dosyelərini birgə inkişaf etdirsinlər.
Beləliklə, torbada, necə deyərlər, bu dəfə pişik yox... atom silahı, atom mühərrikləridir. Marşrut isə üç ünvanlıdır - Paris, İrəvan, Hindistan.
Paris,”Frankofoniya” layihəsi çərçivəsində Ermənistanla atom müqaviləsinə start verib. Xəbəri, üçtərəfli “Paris-İrəvan-Dehli atom razılaşması”nı mətbuata üstüörtülü şəkildə, şifrəli ötürüblər.
Üzdə, həəə... əməkdaşlıq guya “Ümüdünya Günəş anlaşması” çərçivəsində davam edəcək. Gizlində isə...
Qısası, İrəvan bizə qara əlcəyini, qara xəbərini atdı - “Rosatom”un, Aleksey Lixaçovun İrəvanla birgə Marafon yürüşü bitəcək tezliklə.
16 noyabr 2021-ci ildə Lixaçovun İrəvan səfəri sonuncu olacaq. 16 noyabr 2023-cü ildə İrəvan Dehli ilə Parisin iştirakı ilə “Ümümdünya Günəş anlaşması”nı imzalayıb.
İrəvanın, qısası, yeni atom qəyyumu da bilindi - Paris və Dehli. Əməkdalıq gizlində günəşsevərlik şüarları altında aparılacaq.
Paris, bu xəttə sonra Tehranı da qoşa bilər?
1960-cı illərdə Moskva,Türkiyənin ABŞ məxsus “Yupiter” uzaqmənzilli, atom başlıqlı raketlərini öz ərazisində yerləşdirdiyinə görə Vaşinqtonla “Karib böhranı” adlanan hərbi gərginliyə başladı. Əvəzində Kubaya atom raketləri, Ermənistana Atom Elektrik stansiyası bağışladı. Raketlər sonra Xruşşovun "belində" Moskvaya qayıtsa da, İrəvan Kubaya baxanda uddu - Atom sənayesinə yiyələndi. O vaxt bu xəbər Karib böhranı yaratmışdı.
İndiki Paris-İrəvan-Dehli (Tehran?) atom üçbucağı bəs necə, oxşar böhran yaratmayacaqmı?
P. S. 2024-ci il 26 yanvar Makronun Dehli səfəri zaman ölkələr qərarlaşıb, atom mövzulu birgə işçi qrupu yaradıblar.
İrəvanın bu işçi qrupunda yeri o vaxtdan hazır idi.