Qazaxıstanın qanunverici orqanında "Elbası" haqqında qanunun ləğv olunması məsələsinə baxılıb. "Kazinform" xəbər verir ki, səsvermə nəticəsində qanun qüvvədən düşmüş hesab edilib.
Parlamentin hər iki palatasının birgə iclasında qanun birinci və ikinci oxunuşdan sonra "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası" haqqında qanun ləğv olunub.
Qeyd edək ki, bundan əvvəl Konstitusiya Məhkəməsi qanunun ötən ilin iyununda keçirilən referendumdan sonra konstitusiyaya zidd olduğunu açıqlamışdı.