Paşinyan Azərbaycan kəndlərini zəbt etmiş əhali ilə görüşüb
Baş nazir Azərbaycan kəndlərini zəbt etmiş erməni əhalisinin suallarını cavablandırıb
Baş nazir Nikol Paşinyan Azərbaycanın Qazax rayonuna məxsus 1992-ci ildən Ermənistanın işğal etdiyi Yuxarı Əskipara (Voskepar), Baqanis Ayrım (Bağanis) və ətraf qəsəbələrin sakinləri ilə görüş keçirir.
Görünür, Paşinyan öz seçicilərinə izah edir ki, əraziləri Azərbaycana xoşluqla qaytarmaq daha yaxşıdır.