XƏBƏRLƏR / Siyasət

Paşinyan ABŞ Dövlət katibi Marko Rubio ilə danışıb

Ermənistanın baş naziri və ABŞ Dövlət katibi telefon danışığında ümumi maraqları müzakirə ediblər

Paşinyan ABŞ Dövlət katibi Marko Rubio ilə danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubionun Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı ilə bağlı Ermənistan baş naziri ofisinin yaydığı press-reliz:

    Dövlət katibi Marko Rubio və Ermənistanın baş naziri Nikol Paşinyan strateji tərəfdaşlar kimi ümumi maraqları müzakirə ediblər.

    Dövlət katibi Azərbaycanla sülh sazişini alqışlayıb və regional münaqişələrin dövriyyəsini qırmaq, Cənubi Qafqazda təhlükəsizlik və rifahı təmin etmək üçün davamlı sülhün vacibliyini vurğulayıb.

    Dövlət katibi və baş nazir regionda hər hansı eskalasiyanın qəbuledilməz olduğu barədə razılığa gəliblər.