XƏBƏRLƏR / Qonşular

Paşinyan: Ermənistan Rusiya hərbi bazasına ehtiyac görmür

Bunu Ermənistanın Baş naziri İctimai Televiziyanın Birinci Kanalına müsahibəsi zamanı deyib

Paşinyan: Ermənistan Rusiya hərbi bazasına ehtiyac görmür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Ermənistan Rusiya hərbi bazasına ehtiyac görmür”.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın Birinci Kanalına müsahibəsi zamanı deyib.

    Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirmədiyini vurğulayan Paşinyan Ermənistanın ona ehtiyacı olmadığını deyib.

    “Əgər Rusiya burada hərbi bazaya malik olmaq istəyirsə, bu, bir vəziyyətdir, istəmirsə, başqa vəziyyətdir. Məsələ yalnız bundan ibarətdir”, – Baş nazir əlavə edib.