Paşinyan-Qaregin qarşıdurmasında Azərbaycan izi?
Ermənistanın baş naziri səhərini Qareginə sataşmaqla açır

Ermənistanın baş naziri Nikol Paşinyanın səhəri "Facebook" səhifəsində katalikos Qareginə sataşması ilə başlaması artıq ənənəyə çevrilir.
Paşinyan yazır: "Erməni Apostol Müqəddəs Kilsəsinin ikiüzlülərin və riyakarların əsarətindən azad edilməsi prosesində bəziləri türk və ya azərbaycanlı izi görməyə çalışır. Bu cür arqumentlərdən öz natəmizliklərini erməni ictimaiyyətindən gizlətmək üçün vasitə kimi istifadə edəndə bu, birbaşa fərisizliyin təzahürüdür. Bu üsuldan istifadə edənlər, o cümlədən xarici qüvvələrə imkan verir ki, istənilən sağlam diskursu pozsunlar, istənilən islahatı dayandırsınlar və kilsəni çıxılmaz vəziyyətdə saxlasınlar".
Paşinyan qeyd edib ki, çoxları onun yeni katolikos postuna namizədinin olduğunu əsaslandırmaq istəyir. “Təəssüf ki, mənim belə bir namizədim yoxdur”, o əlavə edib.
"Məndə katolikosun təsviri var: Tanrıya inanan və İsa Məsihin davamçısı, fırıldaqçı sələmçi yox, kilsəyə xidmət edən şəxs, mömin din xadimi, rütbə altında gizlənənən əxlaqsız şəxs yox. Və bizim mömin və Tanrıdan qorxan bir katolikosumuz olacaq", - Paşinyan vurğulayıb.