XƏBƏRLƏR / Qonşular

Paşinyan Konstitusiyadan ərazi iddialarını çıxarmaq istəmir

Ermənistanın baş naziri parlamentdəki çıxışında bunu səsləndirib

Paşinyan Konstitusiyadan ərazi iddialarını çıxarmaq istəmir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək növbəti dəfə yalan danışıb və ölkənin əsas qanunuda Azərbaycana qarşi ərazi iddiasının olmasını təkzib edib: "Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı iddiaları ona əsaslanır ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə ümumi istinad, o da öz növbəsində Dağlıq Qarabağa istinad edir". Bu isə, onun sözlərinə görə, sülh müqaviləsinin bağlanmasına mane olmur.

    Paşinyan təkrar-təkrar deyir ki, sən demə, Əsas qanunun 3-cü hissəsinin 5-ci bəndinə əsasən, beynəlxalq müqavilələr Ermənistan Konstitusiyasından üstündür.

    Ermənistan Konstitusiyasının 3-cü hissəsinin 5-ci bəndində Konstitusiyadan deyil, qanunlardan və qanunvericilik aktlarından bəhs edilir. Həqiqət budur ki, Ermənistan Konstitusiyasının 3-cü hissəsinin 116-cı maddəsinə əsasən, sitat: “Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr ratifikasiya edilə bilməz”.

    Paşinyan eyni zamanda Ermənistanın Müstəqillik Bəyannaməsini kəskin tənqid atəşinə tutub: “Son illərdə mən Müstəqillik Bəyannaməsini onlarla dəfə oxudum və belə bir nəticəyə gəldim ki, bu Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. Indi əsas məsələ ondadır ki,  real Ermənistan nədir və əsl Ermənistan vətəndaşı isə Ermənistan Respublikasından kənarda vətən və dövlət axtarmayandır.”.