XƏBƏRLƏR / Siyasət

Paşinyan Tiranada Avropa rəsmiləri ilə görüşüb

Antonio Kosta və Ursula fon der Lyayen Avropaya viza rejiminin liberallaşdırılmasını söz veriblər

Paşinyan Tiranada Avropa rəsmiləri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşdə Ermənistan hökumətinin Aİ ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bəyan edib.

    Kosta və fon der Lyayen Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanunun qəbulunu alqışlayıb və mühüm addım hesab ediblər və viza rejiminin liberallaşdırılması prosesinin ikitərəfli sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

    Avropa rəsmiləri də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninə dair razılaşmanı alqışlayıblar. Ermənistan hökuməti qeyd edib ki, Avropa rəsmiləri “AB-nin sülh prosesini dəstəkləməyə və regionda uzunmüddətli sabitliyi təşviq etməyə davam etməyə hazır olduğunu vurğulayıblar”.