XƏBƏRLƏR / Qonşular

Paşinyan yenə nala-mıxa vurur YENİLƏNİR

Bu günkü mətbuat konfransında Ermənistanın baş nazirinin Azərbaycanla münasibətlər haqda dedikləri

Paşinyan yenə nala-mıxa vurur YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda mətbuat konfransı keçirir.

    1. Jurnalistlərin Zəngəzur dəhlizi haqda sualına Paşınyan həmişəki kimi ikibaşlı cavab verib: "Biz maneəsiz əlaqənin (Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında - ANSPress) əleyhinə deyilik, lakin bu, Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək üçün maneəsiz əlaqə demək deyil".

    Başa düşən əlini qaldırsın:)

    Baş nazir mətbuat konfransında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin iki bəndinin hələ də razılaşdırılmamış olduğunu bildirib və əlavə edib ki, İrəvan hər iki istiqamət üzrə həll yolları təklif edib: “Biz Azərbaycana konkret təklif vermişik, biz təklif etmişik ki, Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə, eyni prinsiplə Yerasxdan Meğriyə dəmir yolu ilə yük daşımaları təmin edilsin. ”

    Bu fikir daha aydın qavranılır

    2. ATƏT-in Minsk qrupu haqda: "Biz Minsk qrupunun həmsədrliyinin ləğvi ilə aşağıdakı əsaslarla razıyıq: əgər münaqişə yoxdursa, ona xidmət edən formatın nə mənası var? Lakin biz əmin olmaq istəyirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin ləğvi Azərbaycan üçün də eyni məna daşıyır."

    Yenə qarğa dilinə keçdi...

    3. Hər iki ölkə ikitərəfli səviyyədə iddialardan tamamilə imtina edərsə, Ermənistan Azərbaycana qarşı beynəlxalq səviyyədəki iddialarını qarşılıqlı şəkildə geri götürə bilər.

    “Biz təkcə beynəlxalq instansiyalardan iddiaları geri götürməyimizə deyil, ümumiyyətlə bu mübahisələrdən imtina etdiyimizə əmin olmalıyıq”, - Paşinyan qeyd edib.

    4. Ermənistan Azərbaycandan kommunikasiyaların açılması ilə bağlı noyabrda verdiyi yazılı təklifə şifahi cavab alıb. Eyni zamanda, Ermənistanın baş naziri Bakının konkret nə cavab verdiyini açıqlamağı düzgün hesab edib.

    5. Hazırda Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyalar arasında keçiriləcək görüşlə bağlı razılıq yoxdur.

    6. Əgər desəm ki, gündəm yoxdur [anklavlar mövzusu - ANSPress], bu, Ermənistanda cinayət məsuliyyətinə əsas olacaq. Ermənistanın suveren ərazisi var - Artsvaşen (Başkənd -ANSPress), ondan imtina edə bilmərik. Məhz BİZ - Azərbaycan yox, anklavlar mövzusunu qaldırırıq, bu mövzu mütləq müzakirə olunacaq.