XƏBƏRLƏR / Qonşular

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət edib

Müraciət Baş nazirin Facebook səhifəsində dərc edilib

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Ermənistan hakimiyyəti yeni Konstitusiyanın mətnini dərc edib. Bununla bağlı Baş nazir Nikol Paşinyan xalqa müraciət edib.

    Müraciətdə deyilir:

    "Biz yeni Konstitusiyanın qəbul edilməsi yolu ilə Ermənistan Respublikası vətəndaşı ilə ölkədə qurulmuş hüquqi qayda arasında təbii əlaqə yaratmalıyıq.

    Bu gün ölkəmizdə qurulmuş hüquqi qayda mövcud Konstitusiyadan qaynaqlanır, lakin vətəndaşla ölkədə qurulmuş hüquqi qayda arasında bu təbii əlaqə sadə bir səbəbdən qurulmayıb ki, əvvəlki bütün Konstitusiyalar vətəndaşın iradəsinin sərbəst ifadəsi ilə qəbul edilməyib və geniş yayılmış ictimai rəyə görə, bütün bu referendumların nəticələri saxtalaşdırılıb.

    2018-ci ilin qeyri zorakı Məxməri xalq İnqilabı nəticəsində hakimiyyət xalqa qaytarıldı. Yeni Konstitusiyanın qəbul edilməsi ilə dövlət artıq xalqa qaytarılmalıdır. Yeni Konstitusiyanın qəbul edilməsi ilə sülh xalqa qaytarılmalıdır.

    Yeni Konstitusiya layihəsinin 8-ci maddəsində Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhü təmin etmək olduğu bildirilir və bu, əhəmiyyətli bir bəyanatdır. Bəli, bu, 23 avqust 1990-cı il tarixli İstiqlal Bəyannaməsinin məntiqinin, yəni münaqişə məntiqinin rədd edilməsidir.

    Heç vaxt, heç bir halda bunu xarici təzyiq və ya başqasının xatirinə etdiyimizi düşünmək həvəsinə qapılmayın. Biz bunu dövlətçiliyimizin əbədiliyi vizyonunu canlandırmaq və Ermənistan Respublikasını forpost məntiqindən kənara çıxmaq üçün edirik.

    Məqsədimiz Ermənistan Respublikasını səngər qazan ölkədən Sülh Kəsişməsinə, dövlətin sərhədlərinin və beynəlxalq səviyyədə tanınmış ərazisinin toxunulmazlığını müstəqil şəkildə müdafiə edə bilən ordusu olan bir ölkəyə çevirməkdir."