Kərki kəndində aksiya: Ermənistan-İran yolu bağlandı
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb
Azərbaycanın işğal altındakı Kərki kəndidə məskunlaşmış ermənilər Ermənistan-İran dövlətlərarası yolunu bağlayıblar. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, parlamentin deputatları Artur Sarkisyan və Aqvan Vardanyan da vətəndaşların yanında onlara dəstək verirlər.
Yolu bağlayan ermənilər Tavuş bölgəsində aparılan delimitasiyaya etiraz ediblər.
Qeyd edək ki, Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi hazırda işğal altında olan 4 esklav kənddən biridir. Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib. Ermənistan bu kəndi Tiqranaşen adlandırır.
Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.