XƏBƏRLƏR / Qonşular

Köçəryan bir az naz edəndən sonra parlamentə gedir

"Güclü Ermənistan" hərəkatı mandatları götürəndən sonra, Köçəryanın "Ermənistan" bloku da bu qərara gəldi

Köçəryan bir az naz edəndən sonra parlamentə gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya iş adamı Karapetyanın "Güclü Ermənistan"ın izi ilə: Köçəryanın bloku da mandatları qəbul etmək qərarına gəlib.

    Keçmiş prezident və hərbi cani Robert Köçəryanın müxalifət bloku olan "Ermənistan" parlament mandatlarını qəbul etmək və parlament işində iştirak etməyə davam etmək qərarına gəlib və bunu siyasi mübarizənin yeni mərhələsinin başlanğıcı adlandırıb.

    "Mandat silahdır. Biz parlamentə vəzifə və ya status üçün deyil, mübarizənin yeni mərhələsinə başlamaq üçün gedirik", - blokun bəyanatında deyilir.

    Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Paşinyanın "Vətəndaş sazişi" 64, Karpetyanın "Güclü Ermənistan"ı 29, Köçəryanın "Ermənistan" bloku isə parlamentdə 12 yer alıb.