XƏBƏRLƏR / Qonşular

Ermənistanda Qaqik Tsarukyan 2 aylıq həbs olundu

YENİLƏNİB

Ermənistanda Qaqik Tsarukyan 2 aylıq həbs olundu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:59

    Ermənistanda məhkəmə müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

    Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Tsarukyana qarşı dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham irəli sürülüb.

    Qeyd edək ki, bundan əvvəl Qaqik Tsarukyanın evində axtarış aparılmışdı.

    ***

    06 iyul 2026-cı il

    "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb və Ermənistanın İstintaq Komitəsinə aparılıb.

    Bu barədə Ermənistan mediası partiyanın mətbuat katibi İveta Tonoyana istinadən məlumat yayıb.

    Onun sözlərinə görə, siyasətçi evində axtarışlar aparıldıqdan sonra saxlanılıb. O, həmçinin Tsarukyanın Tsaxkadzordakı otellərinin möhürləndiyini bildirib.

    Qeyd edək ki, bundan əvvəl Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları 10-dan çox cinayət işinin istintaqı çərçivəsində 70-dən çox ünvanda axtarış aparıblar. Xüsusilə, Tsarukyanın evində, eləcə də ona məxsus bir sıra şirkətlərdə axtarışlar aparılıb.