İran Azərbaycanla "gərginliyi aradan qaldırdığını" elan edir
Bu barədə keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib
İran Azərbaycanla "gərginliyi aradan qaldırdığını" hesab edib.
Azərbaycan və İran xarici işlər nazirləri arasında üç mərhələdən ibarət danışıqlar müsbət olub. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.
Kanaani ümid etdiyini bildirib ki, “ortaq siyasi iradə olarsa, anlaşılmazlıqlar aradan qaldırılacaq”.
“İranla Azərbaycan Respublikası arasında münasibətlərdə düşmənlər var. Belə düşmənlərdən biri də sionist rejimdir. Təbii ki, bizim diqqətimiz mehriban qonşuluğa və ümumi maraqların dərkinə yönəlib. İran İslam Respublikası təşəbbüsü öz üzərinə götürdü və gərginliyi azaltmağa çalışdı”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.