XƏBƏRLƏR / Qonşular

Xameneinin vida mərasimi İraqda da keçiriləcək

Pezeşkian və Qalibaf Xameneinin vida mərasimində iştirak etmək üçün İraqa gedəcək

Xameneinin vida mərasimi İraqda da keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf İraqa səfər edəcəklər.

    Bu barədə İran mediasıı məlumat yayıb.

    Pezeşkian və Qalibaf sabiq Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İraqa gedəcəklər.

    Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei ilə Tehranda vida mərasimi keçirilib. Vida mərasimi sabah Qum şəhərində, iyulun 8-də isə İraqın Nəcəf və Kərbəla şəhərlərində davam etdiriləcək.

    Ayətullah Seyid Əli Xamenei iyulun 9-da Məşhəd şəhərində İmam Rza ziyarətgahında torpağa tapşırılacaq.