XƏBƏRLƏR / Qonşular

Paşinyana yaxın deputat “Artsax” tərəfdarlarını hədələyib

Bu barədə Ermənistan KİV-i xəbər verir

Paşinyana yaxın deputat “Artsax” tərəfdarlarını hədələyib
Arsen Torosyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paşinyana yaxın olan deputat Arsen Torosyan “DQR/Artsax” tərəfdarlarına ciddi xəbərdarlıq edib:  “Ermənistan ərazisində ikinci dövlət və onunla əlaqəli hər hansı dövlət qurumu yoxdur və ola da bilməz”, - Ermənistan parlamentinin üzvü Arsen Torosyan bildirib.

    “İstənilən belə hərəkətlərə, eləcə də onları həyata keçirən şəxslərə və ya strukturlara ciddi hüquqi və siyasi qiymət verilməlidir”, o əlavə edib.

    O qeyd edib ki, onun sözləri “bəzilərinin şərh etdiyi kimi soydaşlarımıza nifrət təbliğatı deyil, onların yaşadıqları dövlətə sevgi və qayğıdır”.