Paşinyan Münhendə Şarl Mişellə görüşüb
Erməni mənbələri görüşün qeyri-rəsmi olmasını vurğulayıllar
Münhendə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə qeyri-rəsmi görüş keçirib.
Erməni mənbələri xəbər verirlər ki, həmsöhbətlər regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-Aİ əməkdaşlığı məsələlərinə toxunublar.