Pezeşkian İranın daxili vəziyyəti haqda həyəcan təbili çalır
İslam respublikasında hökumət əleyhinə etirazların genişlənəcəyi ilə bağlı narahatlıq artır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ticarət və neft ixracına qoyulan məhdudiyyətlər fonunda ölkənin maliyyə imkanları praktiki olaraq tükənib.
O, biznesin bağlanmasının vergi gəlirlərinin itirilməsinə səbəb olacağı və iqtisadi böhranın İran üçün hərbi qarşıdurma ilə müqayisə oluna biləcək bir sınaq olduğunu xəbərdar edib. Vəziyyət qiymətlərin kəskin artması (ərzaq inflyasiyası 110%-i keçib), rialın zəifləməsi, subsidiyaların azalması və enerji resurslarının qıtlığı ilə müşayiət olunur.
Artıq bir neçə əyalətdə çörəkçilər, təqaüdçülər və fəhlələrin etirazları olub ki, bu da hökumət əleyhinə etirazların genişlənəcəyi ilə bağlı narahatlığı artırır.
1 dəqiqədən az