XƏBƏRLƏR / Hərbi

“Port Baku” ərazisində hərbi sursat aşkar edilib FOTO

ANAMA xəbər verir

“Port Baku” ərazisində hərbi sursat aşkar edilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyə (ANAMA) Bakının Nəsimi rayonu, “Port Baku” ərazisində aparılan tikinti işləri zamanı hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

    Yoxlama zamanı təxminən 1930-40-cı illərdə istehsal edilmiş F-354 modeli, 76 mm-lik yüksək partlayıcıya malik artilleriya mərmisi aşkar edilib.

    Mərmi utilizasiya üçün çıxarılıb və məhv edilib. Hadisə yerində və ətrafda əlavə təmizləmə işləri aparılıb. Heç bir təhlükəli obyekt aşkar edilməyib.