Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb FOTO
Prezidentin mətbuat xidməti xəbər verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri fevralın 16-da başa çatıb.

Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.

Prezidentin təyyarəsi səmaya qalxandan sonra, onu Serbiya HHQ-nin qırıcıları müşayiət etdilər.
1 dəqiqədən az