Putinin vətənpərvər tənqidçisi həbs edilib
İqor Strelkovun (Qirkin) yeri hazırda məlum deyil
Qirkinin vəkili Aleksandr Moloxov bildirib ki, İqor Strelkovun yeri hazırda məlum deyil və hazırda əsas vəzifə ixtisaslı hüquqi yardım göstərmək üçün onu tapmaqdır. Eyni zamanda iş üzrə heç bir sənəd görməyib.
Moloxov əlavə edib ki, polis əməkdaşları Strelkovun evində axtarış aparıblar və həbsin ehtimal olunan səbəbi ekstremizm maddəsi ilə cinayət işidir. Ən azı bunu baş verənlərin şahidləri bildirib.
Ukrayna ilə müharibə tərəftarı olan Strelkov Putin və müdafiə nazirliyinin hərbi sahədə apardığı siyasəti sərt tənqid edirdi.