XƏBƏRLƏR / İdman

"Qarabağ" "Dinamo"ya uduzdu YENİLƏNİB

Komandalar arasında Zaqrebdə keçirilmiş ilk matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı

"Qarabağ" "Dinamo"ya uduzdu YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 22:39

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüş başa çatıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    İlk görüşdə də 3:0 hesabı ilə qalib gələn xorvatiyalılar turnirin liqa mərhələsinə vəsiqə qazanıblar. “Qarabağ” isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.

    ***

    20:49

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyunu start götürüb.

    Tərəflər arasında cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

    Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edir.

    Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:

    “Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

    Baş məşqçi: Qurban Qurbanov

    “Dinamo”: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine

    Baş məşqçi: Sergey Yakiroviç

    Tərəflər araaında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

    ***

    10:36

    “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab oyununa çıxacaq.

    Ağdam təmsilçisi Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivini qəbul edəcək.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanın baş hakimi ingiltərəli Maykl Oliver olacaq.

    Qeyd edək ki, komandalar arasında Zaqrebdə keçirilmiş ilk matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.