XƏBƏRLƏR / İdman

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib

Oyun Misli Premyer Liqasının XXXI turu çərçivəsində keçirilib

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:55

    Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

    "Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40-p.) və Nəriman Axundzadə (41) fərqləniblər.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. "Sabah" isə "Səbail"ə qalib (3:2) gəlib.

    ***

    09:28

    Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

    Bu gün Tofiq Bəhramov adına Respublika stadionu keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək.

    Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

    Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

    Günün daha bir oyununda isə "Sabah" "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 17:30-da başlayacaq.

    Turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada yer alıb. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

    Misli Premyer Liqası

    IV dövrə, XXXI tur

    19 aprel

    17:30. “Sabah” – “Səbail”

    Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

    VAR: Rəşad Əhmədov.

    AVAR: Cəmil Quliyev.

    Hakim-inspektor: Feyzulla Feyzullayev.

    "Bank Respublika Arena"

    20:00. “Qarabağ” – “Neftçi”

    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

    VAR: Kamal Umudlu.

    AVAR: Namik Hüseynov.

    Hakim-inspektor: Ömər Paşayev.

    Tofiq Bəhramov adına Respublika stadionu.

    Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.