"Qarabağ" çox vacib səfərə çıxacaq
Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib
"Qarabağ" çox vacib səfərə çıxacaq.
Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə ilk matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya ciddi hazılaşdıqlarını bildirib:
"Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər. Sabah səhər məşqimiz var. Komandanı hazırlamağa çalışacağıq. İnanıram ki, futbolçuların təcrübəsi özlərini idarə etməyə yetəcək".
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
1 dəqiqədən az